Türkdilli ölkələrin iş adamları Qarabağın bərpasında iştirak etmək istəyir

"Azərbaycanda olduğumuz üçün xoşbəxtik."

İndex.az xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib.

"Bildiyiniz kimi ötən gün TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü reallaşdırdıq və biznes-forum keçirdik. Bu gün isə iş adamlarımız, nazirin köməkçisi, səfirlərimiz, Türkiyə, Qazaxıstan, Qırğızıstandan və Özbəkistandan olan rəsmilərlə birlikdə bu bölgədəyik. Qarabağın yenidən qurulmasında türkdilli ölkələrin adamları da rol oynamaq istəyir. Bu baxımdan səfərin əhəmiyyətli nəticələrinin olacağına inanıram. Bir daha Azərbaycan xalqını və onun prezidenti İlham ƏIiyevi bu qəhrəmanlığa görə təbrik edirik. İşğal altındakı torpaqların azad edilməsindən və bu ziyarətin reallaşmasından böyük qürur duyuruq”, - d yə o, qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan