“Uber” taksi sürücülərinə təzminat ödəyəcək

Fransada “Uber” taksi sürücülərinə “UberPOP” xidmətinin ortaya çıxması nəticəsində yaranan anlaşılmazlığa görə təzminat ödəməli olacaq.

İndex.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məhkəmənin qərarına istinadən məlumat yayıb.

Məlumata görə, təzminatın məbləği 180 min avrodan çoxdur.

Qeyd edək ki, analoji problem ikinci dəfə yaşanır. Məhkəmə birinci dəfə 2015-ci ildə şirkəti 150 min avro cərimələyib.


Bizi Facebook-da izləyin: INdexAzerbaijan