"Apple"ın səhmləri məhkəmə qərarından sonra ucuzlaşdı

"Apple" şirkətinin səhmləri, Kaliforniya məhkəməsinin platformasında digər ödəniş sistemlərinin istifadəsini dayandıra bilməyəcəyi ilə bağlı qərarı fonunda 2,8% ucuzlaşıb.

İndex.az xəbər verir ki, bunu Nyu -York Birjasının məlumatları göstərir.

Mövcud prosedura görə, "Apple"ın rəqəmsal mağazasında bütün ödənişlər şirkətin ödəniş sistemi vasitəsi ilə həyata keçirilir. Proqram təminatı inkişaf etdirən şirkətlər platformada tətbiqləri və məhsulları satan zaman "Apple" hər əməliyyatdan 15%-dən 30%-ə qədər alır. "Apple" proqram və məhsul satan şirkətlərə özlərinin və digər ödəmə sistemləri vasitəsilə satış etmələrini məhdudlaşdırır. Məhkəmə, rəqəmsal mallar satılarkən, "Apple"ın, yalnız öz ödəniş sistemindən istifadə etməyi tələb etməsinin antiinhisara zidd olduğuna qərar verib.

Beləliklə, tətbiqləri hazırlayanlar artıq "Apple" rəqəmsal mağazasında tətbiqlər satarkən öz ödəniş sistemlərindən və üçüncü tərəf ödəniş sistemlərindən istifadə edə bilərlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan