Avropada qazın qiyməti 710 dolları da keçdi

Sentyabrın 10-da keçirilən hərraclar zamanı Avropada qazın qiyməti 1000 kubmetr üçün 710 dolları ötüb. Marja xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

İndex.az xəbər verir ki, oktyabr fyuçerslərinin qiyməti cümə 1000 kubmetr üçün 710.07 dollara çatıb.


Günün əvvəlindən etibarən qaz 5% bahalaşıb.

Bu ərəfədə Rusiya Prezidenti Vladimir Putin, Rus qazı üçün uzunmüddətli müqavilələr bağlayan ölkələrin dünya enerji qiymətlərinin artması fonunda mavi yanacağı daha ucuz qiymətə aldıqlarını söyləyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan