ABŞ-da maska taxmayanlar 3000 dollar cərimə ediləcək

ABŞ prezidenti Co Bayden pandemiya ilə mübarizə aparmaq üçün sərt tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Xüsusilə, təyyarələr və qatarlar da daxil olmaqla ictimai nəqliyyatda maska rejimini pozanlar üçün cərimələrin məbləği iki dəfə artırılıb.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

İlk dəfə yaxalanan sərnişin 500 dollar, təkrar pozuntu aşkarlandığı halda isə 3000 dollar cərimələnəcək. Eyni zamanda Bayden qısa müddətdə ölkədə yaşayan 330 milyon çox insanın 80 milyonunu peyvənd etmək niyyətində olduğunu açıqlayıb.

“Biz çox səbirli idik, amma bu hamımıza baha başa gəlib”, – deyə prezident söyləyib.

Hal-hazırda ABŞ-da əhalinin 25%-dən çoxu (80 milyondan çox insan) peyvənd olunmayıb. Con Hopkins Universitetinin verdiyi məlumata görə, pandemiya başlayandan ABŞ-da 40.5 milyondan çox insan yoluxub, onlardan 654 min nəfər ölüb.

İyul ayında ABŞ-ın prezident administrasiyası “Pandemiyalara qarşı antivirus proqramı”nın başladığını elan edib. Hökumət koronavirus əleyhinə dərmanların inkişafına 3.2 milyard dollar ayırmağa hazır olduğunu bildirib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan