Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0.25 faiz bəndi, 6.75%-dək artırıb.

İndex.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi saytında deyilir.

Mərkəzi Bank 2021-ci ilin dördüncü rübündə illik inflyasiyanın yavaşlayacağını gözləyir. Proqnozlara görə, 2022-ci ildə inflyasiya 4-4.5%-ə enəcək və gələcəkdə təxminən 4% təşkil edəcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan