Əhali benzin və dizel yanacağına 1,6 milyard manat xərcləyib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1 609,7 mln. manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan