Pərakəndə ticarət dövriyyəsi 2,7% artıb

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 460,0 milyon manatlıq, o cümlədən 14 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 3,1% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0%-i ərzaq məhsullarının, 5,2 %-i içkilər və tütün məmulatlarının, 13,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 %i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,3%-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6% artmış, fərdi sahibkarlar üzrə 0,9%, bazar və yarmarkalarda 9,2% azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3 manatlıq, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb

Bizi Facebook-da izləyin: INdexAzerbaijan