"Bakı Telefon Rabitəsi" bu şirkətə 3 milyon manat ödəyəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Azad İqtisadi Zona”nın yaradılması ilə əlaqədar mal-materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Huavei Technologies Azərbaycan" MMC-dir.

Qalib şirkətə 3,3 milyon manat ödəniləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan