"Kapital Bank"da yeni - TƏYİNAT

Kapital Bank ASC-də Pərakəndə biznesə dəstək departamentinin direktor müavini təyin edilib.

İndex.az xəbər verir ki, bu, Binyətov Elvindir.

O, ilin əvvəlində Rabitəbank ASC-nin Riteyl Bankçılıq departamentinə direktor müavini vəzifəsinə təyinat almışdı.

Binyətov Elvin 2009-cu ildən Rabitəbank ASC də müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatdan öncə o Rabitəbank-ın Səbail filialının müdiri , ondan qabaq isə Yasamal filialının müdiri vəzifəsində çalışıb.

Binyətov Elvin 2004-2008 ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Biznesin Təşkili və İdarə edilməsi fakültəsini bitirib.

2012-2015 ci il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Biznesin Təşkili və İdarə edilməsi fakültəsinin magistr dərəcəsini Fərqlənmə ilə bitirib.





©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan