Avropada qazın qiyməti 700 dollara yaxınlaşdı

Sentyabrın 9-da Avropada qazın qiyməti 1000 kubmetr üçün 700 dollara yaxınlaşıb. Marja xəbər verir ki, bu, Londondakı ICE birjasının məlumatlarından məlum olur.

İndex.az xəbər verir ki, oktyabr fyuçers müqaviləsinin dəyəri 1000 kubmetr üçün 699,7 dollara və ya MWh başına 57,25 avroya (ICE qiymətləri MWh başına avro ilə təqdim olunur) çatıb.


Ticarətin sonunda qazın qiyməti yavaşlayıb və 1000 kubmetr üçün 690 dollar səviyyəsində dayanıb. Gün ərzində təbii qazın qiymətində ümumi artım 1,83% təşkil edib.

Rusiyanın "Qazprom" şirkətinin departament rəhbəri Aleksandr İvannikovun əvvəllər bildirdiyi kimi, Avropada qaz qiymətləri yaxın gələcəkdə mütləq indiki səviyyəsində qalacaq, hələ ki, onun azaldılması üçün heç bir şərt yoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan