Bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Bakının Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

İndex.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəsəbəsin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sabahdan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan