Avropa Mərkəzi Bankı faiz dərəcəsini sıfırda saxlayır

Avropa Mərkəzi Bankı (ECB) əsas (baza) faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb.

İndex.az xəbər verir ki, müvafiq qərar bu gün tənzimləyicinin İdarə Heyətinin iclasında qəbul edilib.

Depozitlər üzrə faiz dərəcəsi də eyni səviyyədə - mənfi 0,5%-də, qısamüddətli kreditlər üzrə faiz 0,25%-də saxlanılıb.

İdarə Heyəti, "faiz dərəcələrinin, inflyasiya hədəflənən səviyyə olan 2% -ə çatana qədər cari səviyyələrdə və ya aşağı qalacağını" gözləyir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan