Bu şikətin yarım milyon manat borcu var

“Caspel” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.

Məlumata əsasən, “Caspel” MMC-nin vergi borcu 504 154 manatdır.

“Caspel” şirkəti 2005-ci ildə təsis edilib. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştəriləridir. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.

Onu da qeyd edək ki, “Caspel” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan