Dövlət büdcəsinin kəsiri 1,5 milyard manata düşəcək

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 26 539 milyon manat, 2024-cü ildə 26 825 milyon manat, 2025-ci ildə isə 27 127 milyon manat olması nəzərdə tutulub.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2023-25-ci illərdə dövlət büdcəsinin xərclərinin isə müvafiq olaraq 28 600 milyon manat, 28 620 milyon manat və 28 640 milyon manat olması gözlənilir.

Son nəticədə dövlət büdcəsinin kəsiri 2023-cü ildə 2 061 milyon manat, 2024-cü ildə 1 795 milyon manat, 2025-ci ildə isə 1 513 milyon manat təşkil edəcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan