Azərbaycan Qırğızıstana birbaşa investiyaları 11 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycanın Qırğız Respublikasına birbaşa investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çox olub.

İndex.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə sərmayələrimiz səhiyyə, topdan və pərakəndə ticarət sektorlarına yatırılıb.

Altı ay ərzində Qırğız Respublikasına yatırılmış bütün birbaşa xarici investisiyaların isə əsas hisəsi (97%-i) geoloji kəşfiyyat, emaledici istehsalat, faydalı qazıntılar hasilatı müəssisələrinə, maliyyə vasitəçiliyi və sığorta, informasiya və rabitə, həmçinin topdan və pərakəndə ticarət sektorlarına yönəldilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan