Şəhid ailələri və əlillər üçün ev tikintisinə 2 milyon manat xərclənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ece Group" MMC-dir.

Qalib şirkətə 1 741,8 min manat ödəniləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan