Aqrar sığortanın inkişafına 5 milyon manat xərclənəcək

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 986 milyon manat vəsaitin təxminən 80%-i və yaxud 791,2 milyon manatı bitkiçiliyin inkişafına yönəldiləcək.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bundan başqa, gələn il heyvandarlığın inkişafına 75,8 milyon manat, aqrar sektorun istehsal vasitələri ilə təminatının yaxşılaşdırılmasına 101 milyon manat, aqrar sığortanın inkişafına 5,4 milyon manat, kənd təsərrüfatı ilə əlaqədar istehsal müəssisələrinin, ticarət və xidmət sahələrinin inkişafına 9,6 milyon manat ayrılacaq.

Həmçinin 3 milyon manat ehtiyat vəsait nəzərdə tutulub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan