Azərbaycandan Gürcüstana nə qədər investisiya qoyulub?

Azərbaycandan Gürcüstan iqtisadiyyatına bu ilin yanvar-iyul aylarında 202.8 min ABŞ dolları dəyərində investisiya qoyulub.

İndex.az bu barədə Gürcüstanın Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycan ötən il Gürcüstandan 30.8 milyon dollar, 2021-ci ilin birinci rübündə isə 6.240 milyon dollar investisiyanı geri çəkib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan