Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA

Vətəndaş Azərbaycan Beynəlxalq Bankının (ABB) ATM-lərindən çıxan əsginaslardan narazıdır.

İndex.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkədə paylaşım edib. Paylaşımda ötən gün sözügedən bankın ATM-sindən məbləğ çıxarılan zaman pulların hamısının zədəli olması əksini tapıb:

“Əsginasların yarısının bir hissəsi olmayıb, digərləri isə zədəli və yararsız vəziyyətdə olub”.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına (ABB) sorğu ünvanladıq. Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar kütləvi xarakter daşımır:

“Ola bilər ki, hansısa texniki səbəbdən belə bir istisna hal baş verib. Müştəri ABB-nin istənilən filialına yaxınlaşaraq, əsginasları dəyişə bilər. Ümumən inkassasiya zamanı yararsız əsginasların bankomatlara daxil edilməməsi üçün ABB-də lazımi yoxlama-nəzarət tədbirləri mütəmadi şəkildə həyata keçirilir”.

Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA



Bizi Facebook-da izləyin: INdexAzerbaijan