“Samsung”un “Galaxy Note” smartfon markası bağlanır

“Samsung” şirkəti “Galaxy Note” ticarət nişanının qeydiyyatını uzatmamağa qərar verib.

İndex.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Bu barədə İrlandiyanın “Galaxy Club” nəşri məlumat verib. Xüsusilə, “Galaxy S”, “Galaxy Z”, “Galaxy A” və “Galaxy M” cihazlarına dair sənədlər aşkar edilib.

Jurnalistlərin sözlərinə görə, şirkət “Note” seriyalı flaqman cihazlarını buraxmağı planlaşdırmır. Eyni zamanda məlumatlar bazasında “Galaxy Tab” planşetləri haqqında sənədlər tapılmayıb.

Xatırladaq ki, 2021-ci ildə “Samsung” qatlana bilən “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” smartfonlarını təqdim edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan