Xaricdən ən çox hansı rayonlara pul köçürülür?

Azərbaycanda ev təsərüfatlarının gəlirlərində adambaşına xaricdən vəsaitlərin həcminə görə lider iqtisadi rayon Lənkərandır.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Lənkəran iqtisadi rayonun xaricdən gələn hər adambaşına düşən vəsait həcmi 13.2 manatdır. Bu isə ikinci pillədə olan Gəncə-Qazax (köhnə qaydada hesablanıb*) iqtisadi rayonunu 52% üstələyir. Gəncə-Qazax iqtisadi rayonunda bu rəqəm ilin ilk yarısında 8.7 manat olub.

Göstəricidə ən aşağı rəqəm Dağlıq Şirvan 0.7 manatla və Kəlbəcər-Laçında 0.1 manatla qeydə alınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan