Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Index.az xəbər verir ki, dəyişikliklə sosial iş yerlərinin və işsiz şəxslərin özünəməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Dəyişiklik layihəsi yaxın günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan