Qazaxıstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 19,5 min tranzaksiya çərçivəsində 8,582 mln. Qazaxıstan tengəsi (34,326 mln. manat) məbləğində pul köçürmələri həyata keçirilib.

İndex.az Qazaxıstan Milli Bankının məlumatlarına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb. Qazaxıstandan Azərbaycana yanvar-iyul aylarında həyata keçirilən pul transferlərinin Qazaxıstandan ümumi pul göndərişlərinin 1,6%-ni təşkil edib. Bu, illik müqayisədə 0,4 faiz bəndi azdır.

Təkcə iyul ayında Qazaxıstandan Azərbaycana 3 min tranzaksiya çərçivəsində 1,198 mln. tengə (4,791 mln. manat) həcmində pul baratları göndərilib ki, bu da iyun ayı ilə müqayisədə 13,4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 0,3% azdır. Təkcə iyul ayında ölkədən Azərbaycana pul transferləri xaricə ümumi pul köçürmələrinin 1,3%-ni təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməsə də, illik müqayisədə 0,5 faiz bəndi azdır.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tengə (57,134 mln. manat) həcmində pul transfert olunub ki, bu da 2019-cu il ilə müqayisədə 0,3% azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan