İstirahətə ən çox hansı bölgələr xərc çəkib? - SİYAHI

Azərbaycanda istirahət və mədəniyyət xidmətlərinə ən çox xərc çəkən iqtisadi rayonlar açıqlanıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, söhbət 2021-ci ilin birinci yarısından gedir.

DSK-nin məlumatına görə, Azərbaycanda istirahətə ən çox pul xərcləyən iqtisadi rayon Naxçıvandır. Naxçıvanda adambaşına istehlak xərclərində istirahət və mədəniyyətə 15.8 manat təşkil edib ki, bu da onların ümumi xərclərinin 4.9%-i deməkdir. İkinci sırada Quba-Xaçaz 13.3 manatla, üçüncüdə isə Dağlıq Şirvan 12.2 manatla dayanır.

Azərbaycanda istirahət və mədəniyyət xidmətlərinə adambaşına ən çox xərc çəkənlər, manatla:

1. Naxçıvan Muxtar Respublikası – 15.8
2. Quba-Xaçmaz – 13.3
3. Dağlıq Şirvan – 12.2
4 (5). Aran – 9.8
4(5). Yuxarı Qarabağ – 9.8
6. Gəncə-Qazax – 9.5
7. Bakı şəhəri – 9.4
8. Lənkəran – 9
9. Abşeron – 8
10. Kəlbəcər-Laçın – 7.6
11. Şəki-Zaqatala – 7.3
*Ölkədə iqtisadi rayonların qurluşu köhnə qaydada götürülüb. Belə ki, Prezidentin qərarı isə 7 iyul tarixindən sonrakını əhatə edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan