Mərkəzi Bank AZAL-ı cərimələdi

Azərbaycanda hava ilə sərnişindaşıma həyata keçirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

İndex.az xəbər verir ki, bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Bakı Metropoliteni barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 8 sentyabr 2021-ci il tarixdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan