Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi

Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib.

İndex.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir.

Məlumata görə, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razılıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.

Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi

Bizi Facebook-da izləyin: INdexAzerbaijan