“Toyota” akkumlyator istehsalına 14 milyard dollar pul qoyacaq

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti 2030-cu ilə qədər hibrid və elektrikli avtomobillər üçün akkumlyatorlarının istehsalına 13,7 milyard dollar pul qoymağı planlaşdırır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbərliyi bu gün keçirdiyi onlayn görüşdə qərar qəbul edib.

Bundan başqa, qərara əsasən, qarşıdakı 9 ildə 70 növ elektrikli avtomobil üçün istehsal xətti qurulacaq.

"Toyota" bu ilin əvvəlində bəyan edib ki, 2025-ci ilə qədər 15 növ elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan