“Xiaomi” səhvən flaqman smartfonlarını 8 dəfə ucuz qiymətə satıb

Çin sosial şəbəkələrində “Xiaomi Mi 11 Pro” smartfonlarını cəmi 700 yuan qiymətinə satılması barədə məlumatlar yayılıb.

İindex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Məlum olub ki, şirkət internet-mağazanın saytında baş vermiş nasazlıq səbəbindən flaqman smartfonlarının qiymətini səkkiz dəfə ucuz qiymətə satıb.

Alıcılar məhsulun bu qiymətə onlara çatıb-çatmayacığını bilmirlər. Qeyd edək ki, buna bənzər səhv iyunda “Samsung”un onlayn-mağazasında baş verib. Koreya istehsalçısı “Samsung Galaxy S21” smartfonunu cəmi 790 yuan – rəsmi qiymətdən altı dəfə ucuz qiymətə çatıb.

Şirkət aşağı qiymətə satdığı cihazların çatdırılmasını ləğv edərək, alıcılara pullarını qaytarıb. Bəzi ekspertlər şirkətin buna bilərəkdən sonra smartfonları daha aşağı qiymətə satmaq üçün yol verdiyini hesab edirlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan