Xəzinə Maliyyə Nazirliyinin xətti ilə daha 15 milyon manat borclanır

7 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İndex.az-a BFB-dan bildirilir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5%) və 102.2623 AZN (5.9699%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.2623 AZN (5.9699%), orta ölçülmüş qiyməti 102.2623 AZN (5.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 472 400 manat yerləşdirilmiş həcmi isə 15 000 000 manat təşkil edilmişdir. Hərracda 5 mln. artımı tələbin yüksək olması ilə əlaqəlidir. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.

İstiqrazların ödəmə tarixi 1 sentyabr 2026-cı il.

Hərrac iştirakçıları 8 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan