Bu gün banklar 70 milyon dollar aldı – HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 67,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 sentyabr 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 2,4% azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan