Bakı Şəhər İcra Hakimiyyəti bu şirkətə 4,6 milyon manat ödəyəcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Tikinti Təchizat Bərpa" QSC-dir.

Qalib şirkətə 4 milyon 639,7 min manat ödəniləcək

Bizi Facebook-da izləyin: INdexAzerbaijan