BMW təkrar emal edilə biləcək elektromobil təqdim edib - FOTO

“BMW” tamamilə təkrar emal edilə biləcək elektromobil təqdim edib.

İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.


Bildirildiyi kimi, şirkət avtomobili 2040-cı ilə qədər buraxmağı planlaşdırır.

Qeyd edək ki, hal-hazırda “BMW” avtomobil istehsalında 30% təkrar emal olunan materiallardan istifadə edir və gələcəkdə onların payını 50%-ə çatdırmağı düşünür.

Avtomobil istehsalçısı tamamilə təkrar emal edilə bilən materialların qiymətli resursların istifadəsini azaldacağını hesab edir.

Yeni yanaşma bəzi materialların istifadəsinin azaldılmasını nəzərdə tutur. Məsələn, istehsalçı üzvi xammaldan hazırlanan lak, dəri və xromdan imtina edəcək, bəzi alətlər ağıllı idarəetmə panelinə birləşdiriləcək.

Rəqəmsal displeylər salonun xaricində və daxilində olacaq. Bundan əlavə, avtomobil asanlıqla söküləcək.






©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan