Kanada bu şəxslər üçün sərhədlərini açır

Kanada peyvənd olunmuş əcnəbilər üçün sərhədlərini açır.

İndex.az "TASS"a istinadən xəbər verir ki, Kanada səlahiyyətliləri sentybarın 7-dən etibarən yalnız “Pfizer”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndlərini ilə tam şəkildə vaksinasiya olunmuş digər ölkə vətəndaşlarının Kanadaya gələ biləcəklərini açıqlayıblar.
Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, Kandaya səyahət etmək istəyən xarici vətəndaşlar ən az 14 gün əvvəl sadalanan vaksinlərdən biri ilə vaksinasiya olunmalıdırlar. Bundan əlavə, turistlər Kanadaya gəlməzdən 72 saat əvvəl götürülmüş mənfi PCR testini təqdim etməli və xüsusi səyahət proqramında qeydiyyatdan keçməlidirlər.

Tam peyvənd olunmuş əcnəbilər 14 günlük karantində qalmayacaqlar, hansı ki, bunu Kanadaya dönən peyvənd olunmamış yerli sakinlər etməyə məcbur olur.

XİN 12 yaşından kiçik uşaqlardan peyvənd tələb olunmayacağını, lakin onları müşaiyət edən valideynlərinin və ya qəyyumlarının mütləq tam peyvənd olunmalı olduqlarını açıqlayıb. Azyaşlılaar iki həftə karantində oturmaq məcburiyyətində də deyillər, lakin bu cür uşaqların Kanadada qaldıqları ilk 14 gün ərzində təhsil müəssisələrinə və izdihamlı yerlərə getməsi qadağandır.

Bu tədbirlər hələ də Hindistan və Mərakeşdən gələn sərnişinlərə şamil edilmir. Kanada pandemiya fonunda bu ölkələrlə birbaşa uçuşları 21 və 29 sentyabr tarixlərinə qədər bağlayıb. Eyni zamanda, bu ölkələrin vətəndaşlarının, yuxarıda göstərilən dərmanlarla tam peyvənd sertifikatı, həmçinin, Hindistan və ya Mərakeşdə edilməmiş bir PCR testi varsa, üçüncü ölkələr vasitəsilə Kanadaya uça biləcəklər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan