Avropada mavi yanacağın qiyməti rekord vurdu

Avropa bazarlarında təbii qazın qiymətindəki artım davam edir.

İndex.az xəbər verir ki, London əmtəə birjasındakı (ICE) bugünkü ticarət sessiyasında oktyabrda tədarük olunacaq mavi yanacağın 1 000 kubmetrinin dəyəri 650 dolları ötüb.

Tarixi rekord 658.7 dollar səviyyəsində qeydə alınıb.

Bahalaşmaya səbəb Avropada qaz ehtiyatlarının azalması, həmçinin “Şimal axını 2” layihəsilə bağlı yayılan xəbərlər səbəb olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan