"Atəşgah Sığorta" aylardır ödənişi yubadır - VİDEO

Bakı sakini avtomobili ilə hərəkətdə olarkən qəzaya uğrayıb. Ona dəyən zərəri ödəmək üçün sığorta şirkətinə nə qədər müarciət etsə də 4 aydır ki, pulunu ala bilmir. 945 manat dəyərindəki zərər niyə ödənilmir? Xəzər TV-nin əməkdaşları bunu araşdırıb.

Avtomobilini vurdular, hələ bu azmış kimi siğorta şirkəti pulunu da vermir.

Bakı Şəhər sakini Məhəmməd Abışovun başına tragikomik hadisə gəlib. 4 ay əvvəl Mətbuat prospekti ilə hərəkətdə olarkən avtomobili qəzaya uğrayıb. Hadisə yerinə polis əməkdaşları və qarşı tərəfin avtomobilinin sığorta şirkəti ("Atəşgah Sığorta") gəlib. Amma problemin həlli bununla da yekunlaşmayıb.

Məhəmməd Abışov "Atəşgah Sığorta"nın çıxardığı məbləğlə razılaşmadığından şirkət tərəfindən başqa bir servisdə də eyni məbləğ dəyərində yenidən qiymətləndirmə olub. Bununla da razılaşmayan zərərçəkmiş daha sonra müstəqil ekspert vasitəsilə yenidən avtomobilə dəyən xərcin qiymətləndirilməsi üçün müraciət edib.

Məhəmməd Abışov bildirir ki, məsələnin həll olunması üçün dəfələrlə müraciət etsə də faydasız olub. 4 aydır ki, avtomobilinə dəyən zərərin pulunu ala bilmir. Ona dəyən ziyanı ödəmək əvəzinə zərər vuran sürücünü tapmağı tövsiyə edirlər.

Məsələ ilə bağlı biz də sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, Məhəmməd Abışova veriləcək məbləğin gecikməsinin səbəbi sənədlərdə olan çatışmazlıqdan baş verib. Belə ki, hadisəni törədən sürücünün yol vərəqininin müddətinin bitməsi və buna yol polisi tərəfindən baxılmadan sənəd verilməsi problemə yol açıb. Artıq zərərçəkənin sənədləri qaydaya salınaraq ödəniş üçün hazırlanıb və 7 iş günü ərzində Məhəmməd Abışovun avtomobilinə dəyən 945 manat zərər ödəniləcək.



Xəzər TV

Bizi Facebook-da izləyin: INdexAzerbaijan