Bu il Azərbaycanda illik inflyasiya 3,5%-ə yüksələcək - PROQNOZ

Bu il Azərbaycanda illik inflyasiya ötən ilin faktiki göstərici ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,5% səviyyəsində gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycanın illik inflyasiyası 2022-2023-cü illərdə isə bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2% səviyyəsində reallaşması proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında illik inflyasiya 4,5%, ötən ilin sonuna isə 2,8% səviyyəsində reallaşıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan