“Hyundai” 2035-ci ildən yalnız elektrikli avtomobillər satacaq

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” 2035-ci ildən Avropada yalnız elektrikli avtomobillər satacağını açıqlayıb.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

2040-cı ilə qədər şirkət əsas bazarlarda daxili yanma mühərrikindən imtina etməyi planlaşdırır.

Qeyd edək ki, getdikcə daha çox avtokonsern daxili yanma mühərrikindən imtina edir. “Hyundai” – karbon neytrallığı ilə bağlı iddialı “yol xəritəsini” ortaya qona ən son şirkət olub.

“Avropa – “Hyundai”nin benzin və dizel mühərriklərindən imtina edəcəyi ilk regiondur”, – deyə mesajda bildirilir.

Bu o qədər də təəccüblü deyil, çünki Avropa Komissiyası onilliyin ortalarına qədər avtomobil istehsalçılarını ənənəvi mühərriklərdən istifadə etməsini qadağan etməyi planlaşdırır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan