Azərbaycandan Gürcüstana səfər edənlərin sayı avqustda 3 dəfə artıb

Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 11 181 nəfər səfər edib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 424 nəfər və yaxud 2,9 dəfə çoxdur.

Yanvar-avqust aylarında isə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 82,5% azalaraq 48 783 nəfər olub.

Ötən ay Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 1 054 329 nəfər (-31,7%) təşkil edib. İlk 8 ayda isə bu göstərici 308 674 nəfər olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan