“Xiaomi” yeni “Redmi 10 Prime” smartfonunu təqdim etdi

Planlaşdırıldığı kimi, bu gün “Xiaomi” Hindistanda yeni “Redmi 10 Prime” smartfonunu təqdim edib.

İndex.az xəbər verir ki, xarici KİV-ə görə, model FHD+, 6.5 düymlük LCD ekran, 8 MP ön kamera, 50 MP arxa kamera və 6500 mAh tutumlu akkumulyatorla təchiz edilib.

“Redmi 10 Prime” cihazının əsasın MediaTek Helio G88 prosessoru qoyulub. Eyni zamanda smartfona 4/6 GB operativ və 64/128 GB daxili yaddaş quraşdırılıb.

Bu smartfon əl izi, USB Type-C və qulaqlıq portunu dəstəkləyir. “Redmi 10 Prime” modelinin Hindistan bazarına 7 sentyabrda çıxması planlaşdırılır. Yeniliyin qiyməti 170 dollardan başlayır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan