Bu göstərici dünyada dolları ucuzlaşdırır

Amerikada işsizlik proqnozlaşdırıldığı kimi 5.2%-ə düşməsi və əmək haqlarında illik artım 4.3%-ə üstələsə də məşğulların artım dinamikası zəif olması xəbəri ili ABŞ valyutası zəifələyib.

İndex.az xəbər verir ki, Bakı vaxtı ilə 16:57 radələrinə ABŞ dollarının indeksi 6 əsas valyuta qarşısında 0.17% enişlə 92.07 bəndinə yuvarlanıb.

Belə görünür, ABŞ dollarının indeksi son bir ay ərzində ilk dəfə 92 bənddən aşağı enəcək.

EUR/USD cütlüyünün məzənnəsi hazırda 1.1894 səviyyəsindədir. Bu da sessiya ərzində 0.17% artım dinamikasıdır.

Məşğulluqda zəif artım iqtisadiyyatda risklərin artmasına və gələcək aylarda işsizliyin yenidən arta bilməsi üçün ilkin siqnallar verməkdədir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan