Ölkədə futbolçulara 13,7 milyon dollar xərclənib

FİFA son 10 ilin (2011-20) transfer hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, siyahıya İngiltərə başçılıq edir. Futbolun yaradıcıları 6470 beynəlxalq transferə 12 milyard 417,6 milyon xərcləyib.

Azərbaycan klubları isə qeyd olunan müddət ərzində  582 beynəlxalq transfer gerçəkləşdirib. Klublarımız bu oyunçu keçidlərinə 12,9 milyon dollar xərcləyib.

Ümumi transfer sayı isə 840-a bərabərdir. Bunlara ümumilikdə 13,7 milyon dollar xərclənib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan