İşğaldan azad olunan rayonlarda tikinti işlərinə nə qədər pul xərclənib? – SİYAHI

Bu ilin ilk yarısında işğaldan azad olunan rayonlarda həyata keçirilən tikinti-quraşdırma işlərinə 269 milyon 148,7 min manat vəsait sərf olunub.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tikinti-quraşdırma işlərinə ən çox vəsait Füzuli rayonunda sərf olunub – 74 milyon 901,2 min manat.

Bundan başqa, tikinti-quraşdırma işlərinə Zəngilan rayonunda 69 milyon 62,6 min manat, Kəlbəcər rayonunda 48 milyon 382,7 min manat, Cəbrayıl rayonunda 33 milyon 200 min manat, Ağdam rayonunda 25 milyon 127 min manat, Laçın rayonunda isə 18 milyon 475,2 min manat xərclənib.
Şuşa rayonunda əsas kapitala 3 milyon 410,3 min manat investisiya yönəldildiyi bildirilsə də, bunun nə qədərinin tikinti-quraşdırma işlərinə sərf olunduğu açıqlanmayıb.

Bu ilin ilk yarısında Qubadlı rayonunda tikinti-quraşdırma işlərinə vəsait sərf olunmayıb. Onu da qeyd edək ki, Statistika Komitəsi rəqəmləri sifarişçi təşkilatların məlumatları əsasında hazırlayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan