Hansı rayon problemli kreditlərdə ən yüksək paya malikdir?

Bu ilin avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 937,5 mln. manat təşkil edib. Bu göstərici iyulda əvvəlki aya nisbətən 2,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,8% azalıb.

İndex.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən xəbər verir ki, problemli kreditlər ümumi portfelin 6,1%-ni təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır. Təkcə Bakı şəhərində vaxtı keçmiş kreditlərin həcmi 754,1 mln. manat və ya paytaxt üzrə ümumi kredit qoyuluşlarının 6,4%-ni təşkil edib.

Ölkədə problemli kreditlərin ən yüksək payına malik olan rayon Gədəbəy olub. Sözügedən rayonda problemli kreditlərin həcmi 1,8 mln. manat və ya rayon üzrə kredit portfelinin 14,4%-ini təşkil edib. Problemli kreditlər portfelində ən az pay sahibi olduğu rayonlar isə Sədərək (1%) və Şərur (0,8%) olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan