“Azəralüminium”un ixracdan gəliri 14 milyon dollar artıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC 2021-ci ilin yanvar-iyul aylarında 57.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ndan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.7 milyon ABŞ dolları və yaxud 34% çoxdur.

Qeyd edək ki, ötən ilin eyni dövründə “Azəralüminium” MMC-nin xarici ölkələrə 43.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan