İqtisadiyyat Nazirliyindən sahibkarlara - MÜRACİƏT

İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı istehsalı və emalı ilə məşğul olmaq istəyən sahibkarları yeni yaradılacaq aqroparkda fəaliyyət göstərməyə dəvət edib.

İndex.az İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsaəsən xəbər verir ki, Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, texnika parkının, müxtəlif təyinatlı anbarların və s. inşası nəzərdə tutulur.

Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan