Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçiriləcək

“Bees Airline” aviaşirkəti 2021-ci ilin noyabr ayından etibarən Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirməyə başlayacaq.

İndex.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Dövlət Aviasiya İdarəsi şirkətə Azərbaycana, o cümlədən Odessa-Gəncə istiqamətində uçuşlar həyata keçirmək hüququ verib.

Odessa-Gəncə reysləri həftədə 2 dəfə həyata keçiriləcək.

Ümumilikdə, 3 Ukrayna aviaşirkəti Azərbaycana, İsrailə, Çex Respublikasına, Bəhreynə, Avstriyaya və Portuqaliyaya uçmaq hüququ əldə edib. “Bees Airline” Azərbaycandan savayı Çex Respublikası və Bəhreynə də uçuşlar həyata keçirəcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan