Banklar pandemiyanın əvvəlindən hərraclarda 8,3 milyard dollar cəlb edib

Bu ilin avqust ayında valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 512,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici cari ilin iyul ayı ilə müqayisədə 11%, ötən ilin avqust ayı ilə müqayisədə isə 7,2% çoxdur.

Beləliklə, cari ilin yanvar-avqust aylarında Neft Fondu valyuta hərraclarında 3,74 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azdır.

COVID-19 pandemiyasının əvvəlindən (2020-ci ilin aprel ayı) banklar hərraclarda 8,272 mlrd. dollar vəsait cəlb edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan