Bu ölkə xarici turistlərin ölkəyə giriş qaydalarına dəyişiklik etdi

Albaniyaya daxil olan bütün şəxslər üçün sentyabrın 6-dan etibarən yeni qaydalar tətbiq olunacaq.

İndex.az xəbər verir ki, bu barədə “Albanian daily news” məlumat yayıb.

Yeni qaydalara görə, Albaniyaya daxil olmaq istəyən şəxslər aşağıdakılardan birinə malik olmalıdırlar: vaksinləmə haqqında sertifikat (peyvəndlə səfər arasında azı 2 həftə vaxt olmalıdır), mənfi nəticəli PCR testi (ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış) və ya sürətli antitel testi (ölkəyə daxil olmazdan 48 saat əvvəl alınmış), yaxud koronavirusdan sağalmanı təsdiq edən sənəd (sağalmadan sonra 6 ay ərzində).

Bu qaydalar 6 yaşınadək uşaqlara şamil edilmir.

Bu sənədlərə malik olmayan hətta ölkə vətəndaşları da 10 günlük karantinə alınmalıdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan