Dünyanın “ən bahalı” tennisçiləri

“Forbes” jurnalı 2021-ci ildə ən çox qazanan tennisçilərin adlarını açıqlayıb.

İndex.az xəbər verir ki, siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq, tennisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

Siyahıda ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan